Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” Gürcüstanın “Samtredia” komandası üzərində parlaq qələbə qazanıb

01 iyul 2016 | 16:00

İyunun 30-da “Qəbələ” futbol komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyunda Gürcüstanın “Samtredia” komandası üzərində parlaq qələbə qazanıb.Görüşü referi Denis Şerbakovun rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib. “Qəbələ”nin tam üstünlüyü şəraitində keçən oyunda hesab 16-cı dəqiqədə açılıb. Qəbələlilərin heyətində Voyslav Stankoviç topu rəqib komandanın qapısından keçirib - 1:0. Oyunun 19-cu dəqiqəsində isə Sergey Zenyov rəqibi ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib – 2:0. Matçın 30-cu dəqiqəsində isə “Qəbələ”nin yeni transferi Teo Uiks hesab arasındakı fərqi üç topa çatdırıb.Oyunun ilk hissəsi “Qəbələ”nin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra qonaqlar qollardan birinin əvəzini çıxıblar. Matçın 59-cu dəqiqəsində Şergelaşvili fərqlənib. Lakin “Qəbələ” bu qola artıqlaması ilə cavab verib. Teo Uiks matçın 69-cu və 72-ci dəqiqələrində rəqib qapısına iki dəfə yol tapmaqla het-trik edib – 5:1. Qalan dəqiqələrdə oyunda qol olmayıb və “Qəbələ” komandası səfər qarşılaşması üçün mühüm üstünlük əldə edib. Qeyd edək ki, “Qəbələ”nin bu uğuru Azərbaycan klublarının avroliqalarda ən böyük hesablı qələbəsidir. Bu komandalar arasında cavab matçı bir həftə sonra Gürcüstanın Zestafoni şəhərində oynanılacaq. “Qəbələ”–“Samtredia” duelinin qalibi növbəti turda “Aktobe” (Qazaxıstan)–“MTK Budapeşt” cütündə uğur qazanan komanda ilə görüşəcək.

Keçidlər