Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Novruz bayramı yüksək əhval-ruhiyyədə qarşılanıb.

21 mart 2013 | 16:00

Qəbələ rayonunda Novruz bayramı şənliyi kecirilib. Qəbələ şəhərinin gözəl bir məkanında keçirilən bayram şənliyində tonqal alovlanmış, milli adət və ənənələr yad edilmiş, Novruz bayramının ənənəvi  rəmzləri olan Bahar qızı, əlində od tutmuş Dədə Qorqud , ətrafında  keçəl və kosa tədbirə təşrif buyuraraq  insanlara xoş bahar arzuları  çatdıran  çıxışları bayram şənliyinə coşğun bir  ab – hava  gətirmişdi. Bayramı şənliyində çıxış edən rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev  bütün rayon sakinlərini bu əziz gün-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək hər bir ailəyə səadət, xoşbəxtlik, ruzi-bərəkət arzuladı. Naitq qeyd etdi ki, Novruz bayramı müstəqilliyimizin bizə bəxş etdiyi ən gözəl bayramlardan biridir. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha sürətlə inkişaf edən respublikamızda Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Xalqımız bahara yeni-yeni arzularla, niyyətlərlə qədəm qoyur. Çünki bizi qarşıda daha gözəl günlər, xoş güzəran və firavan həyat gözləyir.   Bayram şənliyində mədəniyyət şöbəsinin kollektivinin  hazırladığı şən və rəngarəng musiqilər, rayon idmançılarının, həmçinin qədim adət-ənənələri özündə əks ektdirən folklor qrupların çıxışları sakinlərin bayram əhval-ruhiyyəsini daha da artırmışdır.

Keçidlər