“Samtredia”–“Qəbələ” oyununun hakimləri müəyyənləşib.
05 iyul 2016 | 16:00
Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Samtredia” və “Qəbələ” komandaları arasında Gürcüstanda keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb.
Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgios Kizas, yan xətt hakimləri isə Çasan Koula, İoannis Sipkas olacaq. Dördüncü hakim funksiyasını Aleksandros Aretopoulos yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 7-də Zestafonidə, saat 19:00-da David Abaşidze adına stadionda oynanılacaq. Bakıda keçirilən ilk oyunda “Qəbələ” 5:1 hesabı ilə qələbə qazanıb.