Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin işlənməsi çərçivəsində regional müşavirə keçirilmişdir.

16 iyul 2016 | 16:00

Qəbələ rayonu Mədəniyyət Mərkəzində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin işlənməsi çərçivəsində regional müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin  sektor müdiri Elxan Mikayılov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, Maliyyə Nazirinin birinci müavini İlqar Fətizadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov   məruzə ilə çıxış etmişdirlər. Məruzədən sonra müşavirədə iştirak edən Qəbələ, Şəki və Oğuz rayonlarından gəlmiş nümayəndələr mövzu ətrafında öz təkliflərini verərək geniş fikir mübadiləsi aparmışdırlar.

Keçidlər