Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bu gün “Qəbələ” UEFA Avropa Liqasında səfərdə “Lill” klubu ilə ilk oyununu keçirəcək.

28 iyul 2016 | 16:00

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.Turnirdə yeganə təmsilçimiz “Qəbələ” çətin səfər matçına çıxacaq. Roman Qriqorçukun komandası Fransanın güclü klublarından olan “Lill”in qonağı olacaq. Lill şəhərindəki “Metropol Arena”da oynanılacaq matç Bakı vaxtilə saat 21:00-da başlayacaq. Komandamız iki rəqibi - Gürcüstan “Samtredia”sı və Macarıstan MTK-sını keçərək bu mərhələyə çıxıb. Fransanın son liqa kubokunun finalçısı olan “Lill” isə Avropa Liqasında mübarizəyə birbaşa bu mərhələdən başlayacaq. Görüşü polşalı baş hakim Daniel Stefanski idarə edəcək. Ona həmyerliləri Rafal Rostkovski və David İqor Qolis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin yerinə yetirəcək.

Keçidlər