Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

MTN əməkdaşlarının peşə bayramı qeyd edilmişdir

29 mart 2013 | 16:00

Qəbələ rayonunda Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının peşə bayramı qeyd edilmişdir. Rayon icra hakimiyyətinin, MTN Qəbələ rayon şöbəsinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilmişdir. Burada tədbir iştirakçılarına  Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Ümummilli Lider Heydər Əliyevin  28  mart 1997-ci il tarixli Sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü təntənəli şəkildə qeyd edilir. Bildirilmişdir ki, 50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görülmüşdür. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlamışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.
Məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqların hərtərəfli təmin olunması istiqamətində inamla və uğurla həyata keçirdiyi siyasətdə ölkənin təhsil sisteminin inkişafı prioritet yerlərdən birini tutur. Bu baxımdan gənc nəslin milli adət-ənənəyə, tarixi köklərə hörmət və bağlılıq, dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ali Baş Komandanın rəhbərliyi ilə milli mənafelərin keşiyində şərəflə dayanan, xalqa və dövlətə sədaqətlə xidmət edən milli təhlükəsizlik orqanları da öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, tariximizə və mədəniyətimizə dərin bağlılıq kimi hisslərin aşılanmasına xüsusi önəm verir.

Keçidlər