Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalı başlayır.

31 iyul 2016 | 01:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün Qəbələdə növbəti möhtəşəm incəsənət bayramı - VIII Beynəlxalq Musiqi Festivalı açılacaq. Heydər Əliyev Fondunun beynəlxalq layihəsi olan bu musiqi festivalı çərçivəsində bu gün 3 konsert olacaq. Konsertlər saat 15:00 və 18:00-da Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçiriləcək. Saat 21:00-da isə mərkəzin qarşısında açıq havadakı səhnədə Qəbələ VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Açılış mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək. Avqustun 5-dək davam edəcək festivalın keçiriləcəyi ərazidə musiqi bayramına hazırlıq işləri görülüb, açıq havada konsertlərin keçirilməsi üçün səhnənin quraşdırılması başa çatıb.

Keçidlər