Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rumıniya Respublikasının Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Qəbələ rayonuna səfər edib.

02 avqust 2016 | 00:00

01 avqust 2016-cı il tarixdə Rumıniya Respublikasının Azərbaycandakı səfiri cənab Daniel Kristian Çobanu Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətində olmuşdur. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev dost Rumıniya Respublikasının səfirini qədim və müasir Qəbələdə salamladığına görə məmnun olduğunu bildirmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəbələnin tarixi haqqında səfirə məlumat vermiş, rayonda həyata keçirilən nəhəng sosial-iqtisadi infrastruktur layihələri barədə danışmışdır. Cənab başçı bildirmişdir ki, Azərbaycanın hər bir bölgəsi kimi Qəbələ rayonu da sürətlə inkişaf edir. Bu gün Qəbələ inkişaf etmiş kənd təsərrüfatına, sənayeyə, mədəniyyətə. Geniş turizm potensialına malik rayon kimi təkcə ölkədə yox, beynəlxalq aləmdə də tanınır. Qəbələ hazırda çox mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Yeri gəlmişkən hazırda Qəbələdə VIII Beyəlxalq Musiqi Festivalı uğurla davam edir.
Rumıniyanın Azərbaycandakı səfiri cənab Daniel Kristian Çobanu Qəbələyə hər gəlişində yeniliklərlə qarşılaşdığını,Qəbələnin daha da gözəlləşdiyini və inkişaf etdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, onun ölkəsi bütün nüfuzlu Beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işinin tərəfindədir. Səfir Rumıniya və Azərbaycan arasında gündən-günə artan mədəni-iqtisadi əlaqələrin hər iki ölkənin xeyrinə olduğunu, bundan məmnunluq hissi keçiridiyini vurğulamış, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bölgələrdə də böyük potensialın olduğunu bildirmişdir.

Keçidlər