Beynəlxalq musiqi festivalında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.
Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera konserti olub. Konsertdə tanınmış pianoçular - festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə bəstəkarlar İ.Brams, R.Şuman, A.Rzayev və R.Ağababayevin əsərlərini səsləndiriblər.
Konsertdə festivalın bədii rəhbəri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski və İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, tanınmış violin ifaçısı Janna Qandelman iştirak ediblər.