Qəbələdə Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir.
03 avqust 2016 | 00:00
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən başlayaraq Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir.
Qəbələ şəhərində “Qafqaz Resort” hotelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdirirlər. Avqustun 5-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir.
İki turdan ibarət olan müsabiqədə I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.