Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Kiyev virtuozları” Kamera Orkestri Qəbələ Beynəlxalq Musiqi Festivalının səhnəsində.

04 avqust 2016 | 00:00

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar daha bir dünya şöhrətli orkestrin konsertini izləmək imkanı əldə ediblər.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin konserti böyük marağa səbəb olub.
Musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestri pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Humanitar Elmlər Akademiyasını akademiki, dünya şöhrətli pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşayiət edib.
Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin əsərləri səsləndirilib

Keçidlər