Beynəlxalq musiqi festivalının növbəti konsertində İohann Bramsın əsərləri səsləndirilib.
04 avqust 2016 | 02:00
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub.
Avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə keçirilən konsertdə bəstəkar İohann Bramsın əsərləri səsləndirilib. Bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən konsertdə violonçeldə “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski, violində İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman ifa edib.
Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.