Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə fortepiano musiqisi axşamı.

06 avqust 2016 | 04:00

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və xarici tamaşaçılar üçün fortepiano musiqisi axşamı təşkil edilib. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan pianoçu Nərmin Nəcəfli, Bilkent Universitetinin və Ankara Şopen Musiqi Mərkəzinin müəllimi, pianoçu Nurlan Bağırov, Bilkent Universitetinin müəllimi, türk pianoçusu Çiğdem Çilesiz iştirak ediblər. Konsertdə Avropa və Azərbaycan bəstəkarları V.A.Motsart, K.Debüssi, F.List, S.Raxmaninov, A.Piazolla, K.Qardel, S.Rüstəmov, T.Quliyev və F.Bədəlbəylinin əsərləri səsləndirilib. Musiqiçilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər