Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeniyetmələr arasında sərbəst-güləş üzrə zona yarışı

06 aprel 2013 | 15:00

Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İdman Məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan sərbəst-güləş üzrə 2001-2002 –ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd respublikada sərbəst-güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, həmçinin onların idman ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən səmərəli istifadə etməkdən ibarətdir.
Zona birinciliyində respublikanın 14 rayonundan 140-dək güləşçi 14 çəki dərəcəsində mübarizə aparmışdır. Yarışın yekun nəticəsinə əsasən 26 kq çəkidə Rüstəmov Miryusif–Bərdə rayonu, 29 kq çəkidə Vəliyev Əjdər-Xaçmaz rayonu, 32 kq çəkidə Eyvazov İbrahim–Şamaxı rayonu, 35 kq çəkidə Maqsudov Həsrət–Şabran rayonu, 38 kq çəkidə Ağamalıyev Muradağa–Siyəzən rayonu, 42 kq çəkidə Ələkbərov Elşən-Xızı rayonu, 45 kq çəkidə Səfərov Tural–Siyəzən rayonu, 48 kq çəkidə Bədirli Şahin-İsmayıllı rayonu, 52 kq çəkidə İsmayılov Orxan–Yevlax rayonu, 56 kq çəkidə Baxşıyev Məhəmmədəli-Qobustan rayonu, 60 kq çəkidə Şəfiyev Murad–Qəbələ rayonu, 65 kq çəkidə Yusifzadə Murad–Xaçmaz rayonu, 75 kq çəkidə Abdullayev Alxan–Yevlax rayonu və 80 kq çəkidə Şükürov Fərman–Ağdam rayonu I yerləri tutmuşlar.
Hər çəki dərəcəsində I və II yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər