Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Sərhəd Xidmətinin 97-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

16 avqust 2016 | 16:00

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü münasibətilə keçirilən tədbirlər sırasında "Sərhədi xalq qoruyur” mövzusuna sərhədyanı rayonların sakinləri ilə birgə təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında genis məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır. "Sərhədi xalq qoruyur” mövzusunda daha bır tədbir avqust ayının 16-da Qəbələdə keçirilmişdir. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyduqdan sonra  Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirə qatılmışlar.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev və Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik - leytenant Müzəffər Pirizadə ulu öndər Heydər Əliyevin laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi yüksək qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, qazanılmış uğurlardan söz açmışlar.
Toplantıda ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmişdir. Xalqımızın dövlət sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət ümummilli lider Heydər Əliyevin milli sərhəd strategiyasının uğurundan, dövlət, xalq məfhumlarının vəhdətindən xəbər verdiyi xüsusi vurğulanmışdır.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət daşıdıgını və yüksək qiymətə layiq olduğunu diqqətə çatdırmışdır.
Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələr və fəxri-fərmanlarla mükafatlandırılmışlar.
Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən sənədli filmə baxış keçirilmişdir.

Keçidlər