Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı təşkil olunacaq.
Avqustun 27-də Qəbələ şəhərində, “Qafqaz Karvansaray” hotelin ərazisində Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalı təşkil olunacaq. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxından köməkliyi ilə keçiriləcək festivalda Türkiyə, Rusiya, İran, Çin - Sintszyan-Uyğur, Qana, Şimal Kipr Türk Cümhuriyyəti, Ukrayna və Özbəkistanın şirniyyat ustaları ilə yanaşı Azərbaycanın ümumilikdə 26 bölgəsinin - Bakı, Gəncə, Şəki, Yevlax şəhər, Ağdaş, Ağsu, Baləkən, Gədəbəy, Goranboy, Göyçay, İmişli, İsmayıllı, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Sabirabad, Şamaxı, Uçar, Xacmaz, Zaqatala və Zərdab rayonlarının şirniyyatçıları öz qabiliyyətlərini nümayiş etdirəcəklər.
Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.