Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə işinin keyfiyyəti və yaradılımış mövcud şəraitin təhlili haqqında RİH Başçısı yanında Şura iclası keçirilmişdir

06 aprel 2013 | 15:00

Qəbələ  rayon icra hakimiyyəti başcısı yanında şura iclası keçirilmişdir. Şura iclasıında şura üzvləri, yerli inzibati ərazi nümayəndəlikləri , məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri iştirak edirdi. İclası rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun məktəbəqər uşaq müəssisələrinin mövcud vəziyyəti barədə ümumi məlumat verdi. Qeyd olundu ki, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafının, sadə əmək vərdişlərinə yiyələnməsinin, istedad və qabiliyyətinin üzə çıxarılmasının, sağlamlığının qorunmasının, estetik tərbiyəsinin, təbiətə və insanlara həssas münasibətinin formalaşmasının təmin edilməsi istiqamətində tərbiyyə müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Bildirildi ki, məktəbəqər uşaq müəssisələrində uşaqlarla aparılan təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək, pedaqoji elmlər sahəsində olan nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə etmək, tərbiyəçilərin pedaqoji iş qabiliyyətini yüksəltmək, yaradıcılıqlarını inkişaf etdirmək, məktəbəqədər təhsil müəssisələrində yeni interaktiv təlim metodlarından istifadə üzrə işi təkmilləşdirmək başlıca şərtlərdən biridir. RİH başçısı öz çıxışında rayonun məktəbəqədər uşaq müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlərin aparıldığını diqqətə çatdırdı.
Şura iclasında məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə işinin keyfiyyəti və yaradılmış mövcud şəraitin təhlili barədə məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısın müavini, ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova məruzə etdi. Natiq öz cıxışında rayonun məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə işinin mövcud vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Məruzə ətrafında Qəbələ şəhər 2 saylı uşaq bağçasının müdiri Səadət Kərimova, Bum qəsəbə uşaq bağçasının müdiri Rəhilə Sədirova və Hacıalılı kənd uşaq bağçasının müdiri Məlahət Əzizova çıxış edərək rəhbərlik etdikləri məktəbəqədər tərbiyə müəssisələrindəki görülən işlərdən danışdılar.  
Sonda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev gündəlikdə duran məsələ ilə əlaqdədar şura üzvlərinə və rayonun məktəbəqədər uşaq müəssisələrinin rəhbərlərinə öz zəruri tapşırıq və tövsiyyələrini verdi

Keçidlər