Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Təhsil işçilərinin konfransı keçirilmişdir.

07 sentyabr 2016 | 16:00

Sentyabrın 7-də Qəbələdə təhsil işçilərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər. Daha sonra Qəbələ şəhər 5 saylı tam orta məktəbin akt zalında konfrans öz işinə başlamışdır. Tədbiri Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyev açaraq diqqətə çatdırdı ki, ötən tədris ilində rayonda 53 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. Bu məktəblərdə təhsil alan 16087 şagirdin təlim-tərbiyəsi ilə 2266 müəllim məşğul olub. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, ali məktəblərə keçirilən qəbul imtahanlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər. Respublika fənn olimpiadalarında qəbələli şagirdlərdən 2 nəfər qızıl, 1 nəfəri  gümüş, 1 nəfəri isə bürünc medal qazanıb.
Bildirilib ki, bu il rayon üzrə 1377 şagird ümumorta təhsil kursu üzrə şəhadətnamə, o cümlədən 14 şagird fərqlənmə şəhadətnaməsi, 1419-nəfər isə tam orta təhsil kursu üzrə attestat alıb ki, onlardan 3 nəfəri qızıl medala layiq görülüb. Cari ildə Qəbələli məzunlardan 760 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib, onlardan 424 nəfəri uğur əldə edərək tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 36 nəfər 600-dən yuxarı bal toplayıb. Bu ilki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Mıxlıqovaq kənd orta məktəbin məzunu Şirinov Amil  Rüfət oğlu əldə edib. O, imtahanlarda 679 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.
Məlumat verilib ki, yeni dərs ili ərəfəsində təhsil ocaqlarında əsaslı və cari təmir bərpa işləri aparılıb. Təhsil ocaqları bütün lazımi avadanlıq və dərsliklərlə təmin olunub. Məktəblilərin dərsliklə təminatında, eləcə də məktəb kitabxanaları fondunun zənginləşdirilməsi istiqamətində xeyli  iş görülüb. Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil məktəblərinə 136 adda  65 244 ədəd dərslik verilib. Konfransda müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə pedaqoqların müxtəlif fəxri adlara, orden və medallara layiq görülməsi Qəbələ rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.
Konfransda RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçınını müavini  Ətayə Osmanova və Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev çıxış edərək son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıblar. Natiqlər yüksək göstəricilərin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər. Onlar bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını bildiriblər.
Konfransda ötən tədris ilinin yekunları təhlil edilib və yeni dərs ilində görüləcək işlər müzakirə olunub. Sonra bir qrup müəllim və şagirdə fəxri fərman və qiymətli hədiyyələr verilib. Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Keçidlər