Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kislovodsk kurort - şəhərinin administrasiyası və Qəbələ rayon icra hakimiyyəti arasında niyyət protokolu imzalanmışdır.

14 sentyabr 2016 | 16:00

Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort -şəhərinin “Şəhər günü” münasibətilə təşkil olunan  bayram şənliklərində iştirak etmək məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev 10 sentyabr 2016-cı il tarixdə  Kislovodsk şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində  Kislovodsk Adminstrasiyasının inzibati binasında tərəflər arasında görüş təşkil olunmuşdur. Görüşdə Azərbaycan Respublikasının Qəbələ rayonu ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri arasında bütün sahələrdə o cümlədən, kənd təsərrüfatı, sənaye, mədəniyyət,  turizm əlaqələrinin qurulması və qardaşlaşma barədə niyyət protokolu imzalanmışdlr.
Protokolu Kislovodsk şəhəri Administrasiyasının başçısı Kurbatov Aleksandr Vyaçeslavoviç və Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev  imzalamışlar
Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti Kislovodsk şəhərinin  sənaye  və  sanatoriya - kurort komplekslərinin fəaliyyəti ilə yaxından tanış  olmuşlar.

Keçidlər