Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun Nic qəsəbəsinə təbii qaz verilib.

17 sentyabr 2016 | 16:00

Qəbələ rayonunun böyük yaşayış məntəqəsi olan Nic qəsəbəsinə  uzun illər fasilədən sonra təbii qaz verilib. Bu münasibətilə sentyabrın 17-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qəsəbə sakinlərini ilk dəfə təbii qazdan istifadə etmələri münasibətilə təbrik ediblər.
Diqqətə çatdırılıb ki, Qəbələ hazırda inkişafın keyfiyyətcə yeni dövrünü yaşayır. Bu gün hər birimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan proqramların və layihələrin bəhrəsini gündəlik həyatımızda hiss edirik. Şəhər, qəsəbə və kəndlərimizdə insanların yaşayışı üçün vacib olan bütün sosial məsələlər öz həllini tapır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi  inkişafı Dövlət Proqramlarının rayonumuzda uğurlu icrası, yaşayış məntəqələrinin görkəmini dəyişdirmiş, hər yerdə abadlıq-quruculuq işləri geniş vüsət almış, əhalinin rifah halı yaxşılaşmışdır. Bildirilmişdir ki, rayonda 34 inzibati ərazi qazlaşdırılıb. Tədbirdə iştirak edən "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib  ki, Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 295 min 440 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi tənzimləyicilər və sayğaclar quraşdırılıb. Qəsəbədə ümumilikdə 1525 abonent mavi  yanacaqla təmin olunub. Çıxış edən qəsəbə ağsaqqalları, ziyalılar əhaliyə təbii qazın verilməsinin qəsəbədə əsl bayrama çevrildiyini bildiriblər.
Çıxışlardan sonra təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Keçidlər