Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Məşğulluq Xidməti Qəbələ rayonunda əmək yarmarkası keçirəcək.

20 sentyabr 2016 | 00:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan əmək yarmarkaları bu həftə davam etdiriləcək. Sentyabrın 21-də yarmarkanın Qəbələ rayonunda keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkada boş iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına göndərilməsi, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Keçidlər