Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri xanım Karol Krofts tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

20 sentyabr 2016 | 02:00

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri xanım Karol Krofts tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir. Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan səlahiyyətli səfirə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Diqqətə çatdırılmışdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır. 
Qeyd olunmuşdur ki, burada sürətli inkişaf edən turizm infrastrukturu ilə yanaşı mövcud olan istehsal müəssisələri bu füsünkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynyaır.
Məlumat verilmişdir ki, rayonda elmi texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən, müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Regionun öz ecaskar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən cənab Səbuhi Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə ev savibliyi etdiyini qeyd etmişdir.
Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərdən söz açan RİH başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini və ikitərəfli münasibətlərin perspektivlərinin geniş olduğunu vurğulamışdır.
Qəbələ rayonu ilə tanışlığından məmnunluq hissi keçirdiyini ifadə edən xanım Karol Krofts bölgənin füsünkar bir məkan olduğunu qeyd etmişdir. Səfir Azərbaycanla Birləşmiş Krallıq arasındakı yüksək səviyyəli siyasi, iqtisadi həmçinin təhsil, elm və mədəniyyət sahələrində münasibətlər mövcud olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir. Hər il yüzlərlə Azərbaycanlı gənc Britaniya universitetlərinə təhsil almağa gəlir. Böyük Britaniya gənc azərbaycanlıların təhsil almaq üçün ən çox tərcih etdiyi ölkələrdən biridir. Qeyd olunmuşdur ki, dövlətlər arasında  mədəni mübadilə və insanlar arasındakı təmaslar qarşılıqlı xarakter daşıyır.
Səfər çərçivəsində xanım Karol Krofts rayonun tarixi-mədəni məkanları ilə yaxından tanış olmuş, sənaye müəssisələri və turizm sektoruna baxış keçirmişdir.

Keçidlər