Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əmək yarmarkası” keçirilmişdir.

22 sentyabr 2016 | 02:00

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti  Başçısının 2016-cı il üçün təsdiq etdiyi “Ərazi Məşğulluq Proqramı”na və Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə sentyabrın 21-də  Qəbələ şəhərində, Mədəniyyət Mərkəzinin foyesində işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin edilməsi məqsədilə “əmək yarmarkası” keçirilmişdir. Yarmarkanı giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən söz açmışdır. Qeyd olunmuşdur ki, ölkənin davamlı inkişafının təmin olunması  məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur.  Bildirilmişdir ki, bütün bunların əhalinin məşğulluq imkanlarının artmasında müstəsna rolu vardır.
Tədbirdə  rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri-başçının müavini Arif Allahverdiyev, Dövlət Məşğulluq Xidmətinin  nümayəndəsi  Anar Rzayev və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bu günki əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işsiz əhalinin  işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələrdən söz açmışlar. “Əmək yarmarkasında”  rayonun 33 müəssisə və təşkilatı 283 boş iş yeri ilə iştirak etmişdir. Yarmarkaya qatılan 452 nəfər işaxtaran vətəndaşların 102 nəfərinə müvafiq işlərə göndəriş verilmişdir. Tədbir günün ikinci yarısına qədər davam etmişdir.

Keçidlər