Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələdə Almaniyanın “Millətlər Filarmoniyası” Orkestrinin konserti olub.

26 sentyabr 2016 | 02:00

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələ şəhərində Almaniyanın dünya şöhrətli “Millətlər Filarmoniyası” Orkestrinin konserti olub. Qəbələ şəhərində, “Heydər Əliyev Konqres Mərkəzi” ndə ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli musiqisi pərəstişkarlarının iştirak etdiyi musiqi axşamında böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir bəy Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. Çıxışlardan sonra Almaniyanın tanınmış dirijoru, pianoçu və solisti Yustuz Frantzın rəhbərliyi ilə “Millətlər Filarmoniyası” Orkestrinin möhtəşəm konserti olub. Dünyanın müxtəlif xalqlarından olan müsiqiçilərin təmsil olunduğu “Millətlər Filarmoniyası” Orkestrinin üzvləri dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Lüdviq Bethoven, Frederik Şopen və Antonio Vivaldinin əsərlərini böyük məharətlə ifa ediblər. Orkestri skripkada Avropa və Rusiyanın tanınmış musiqiçisi, Yustuz Frantzın həyat yoldaşı Kseniya Dubrovskaya müşaiyət edib. Almaniya orkestrinin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin ifası tamaşaçıların böyük marağına səbəb olub və musiqiçilər ayaqüstə alqışlanıb.

Keçidlər