Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Qarabağ”a qalib gələrək dövrəni birinci pillədə başa vurub.

03 oktyabr 2016 | 16:00

Oktyabrın 2-də Azərbaycan Premyer Liqasında birinci dövrəyə (VII tur) mərkəzi görüşlə yekun vurulub.“Qəbələ” eyniadlı arenada son üç mövsümün çempionu “Qarabağ”ı qəbul edib. Mövsüm başlayandan qapısından top buraxmayan və son dörd turda xal itirməyən Roman Qriqorçukun yetirmələri bu oyunda da ənənəyə sadiq qalıb. “Qəbələ” “Qarabağ”ı iki cavabsız qolla məğlub edərək turnir cədvəlində liderliyi davam etdirib.
Belə ki, ilk hissə meydan sahiblərinin üstünlüyü ilə keçib. Nəticədə oyunun 11-ci dəqiqəsində “Qəbələ” hesabı açıb. Filip Ozobiç baxımlı zərbə ilə ilk qolun müəllifi olub. Az keçməmiş qonaqlar ikinci dəfə qapılarında top görüb. Baqali Dabo Asif Məmmədovun ötürməsini başla tamamlayaraq ilk hissədə qarşılaşmanın taleyini həll edib-2:0.
Fasilədən sonra Qurban Qurbanovun komandası oyuna daha fəal başlasa da, rəqib qapısına yol tapa bilməyib. Qalan dəqiqələrdə isə qapılara qol vurulmayıb və oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Qəbələ” Premyer Liqanın ilk dövrəsini 19 xalla lider kimi başa vurub. Səfərdən xalsız dönən “Qarabağ” isə 13 xalla üçüncü pillədə qalıb.

Keçidlər