Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası Konfransının iştirakçıları Qəbələdə.

05 oktyabr 2016 | 16:00

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalist Assosiasiyası Konfransının iştirakçıları 04 oktyabr tarixdə tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Qəbələ şəhərində, rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov tərəfindən qarşılanan nümayəndə heyətinə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, beynəlxalq və iri miqyaslı tədbirlərin bölgədə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir.
Rayonda müasir memarlıq üslubunda inşa olunmuş tikintilərə maraq göstərən nümayəndə heyəti ilk öncə Heydər Əliyev “Konqres mərkəzi” ilə tanış olmuşlar. Qonaqlara bildirilmişdir ki,  bina 3 mərtəbə və 4.2 m dərinliyində zirzəmidən ibarətdir. Hər mərtəbənin hündürlüyü 6.9 m-dir. Mərkəzin birinci mərtəbəsində danışıq üçün zallar, qarderob, artistlər üçün otaqlar, 350 yerlik restoran, inzibati otaqlar, geniş foye, liftlər üçün xoll, sanitar qovşaqları, ikinci mərtəbəsində çox funksiyalı 1200 yerlik konfrans zalı, 92 m2 səhnə, VİP otaqları, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye nümayəndə heyətinə göstərilmişdir. Qeyd olunmuşdur ki, konfrans zalı qısa müddətə başqa məqsədlər (konsert, iclas və s.) üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.
Səfər çərçivəsində nümayəndə heyəti  rayonun istehsal müəssisələrindən olan “Gilan Qida” şəhərciyində istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, müəssisə yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal edir. İstehsal prosesi tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal 6 min kvadratmetr sahəyə malik ilkin soyuducu anbara yerləşdirilir. Diqqətə çatdırılmışdır ki, müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır. Daha sonra nümayəndə heyəti müəssisədə istehsal olunan qida məhsullarının sərgisinə baxmışlar. Konfrans iştirakçıları rayonun Bum qəsəbəsində olan stend və ox atıcılığı kompleksinə də baxış keçirmişlər. Bildirilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Bildirilmişdir ki, kompleksdə beynəlxalq yarışlar təşkil olunur.
Rayoun turizm infrastrukturu ilə maraqlanan nümayəndə heyəti hotellər kompleksi və sağlamlıq mərkəzləri ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə müasir infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrdə irimiqyaslı turizm layihələri icra edilir.  Qeyd olunmuşdur ki, «Tufandağ» dağ-xizək, yay-qış istirahət kompleksi məhz belə obyektlərdən biridir.
Bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, otel və digər xidmətlərdən istifadə etməyə imkan verir.
Bildirilmişdir ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir istifadəçi enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaradan generasiya sistemi ilə təchiz edilmişdir.
Səfər çərçivəsində bölgənin füsünkar təbiəti “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport” “Qafqaz Karvansaray” otelləri  və sağlamlıq mərkəzləri ilə yaxından tanış olan nümayəndə heyəti rayonun güclü turizm potensialının olduğunu qeyd etmişlər. Konfrans iştirakçıları Qəbələdən xoş təssüratlarla ayrılmışlar.

Keçidlər