Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ukrayna Respublikası Rovno Vilayət Dövlət Administrasiyasının sədri Aleksey Vitaleviç Mulyarenko Qəbələ rayonuna səfər etmişdir.

07 oktyabr 2016 | 16:00

Ukrayna Respublikası Rovno Vilayət Dövlət Administrasiyasının sədri Aleksey Vitaleviç Mulyarenko tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir. İlk öncə Qəbələ RİH-nin inzibati binasında Rovno Vilayət Dövlət Administrasiyasının sədri ilə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin görüşü keçirilmişdir. Görüş zamanı qonağa rayonun tarixi, mədəni abidələri, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, rayonda yaradılmış istehsal müəssisələri burada əhalinin məşğulluğunun və yeni iş yerlərinin yaradılması rayonun inkişaf dinamikasının tərkib hissəsidir.
Bildirilmişdir ki,  bu gün Qəbələ rayonunda turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Diqqətə çatdırılmışdır ki,  burada yaradılan müasir turizm infrastrukturunun  nəticəsində ildən-ilə buraya dincəlmək üçün səfər edən turistlərin sayı nəzərə çarpacaq dərəcədə artır. Ukrayna Respublikası Rovno Vilayət Dövlət Administrasiyasının sədri Aleksey Mulyarenko öz növbəsində qonaqpərvərliyə görə təşəkkürünü bildirərək paytaxt Bakı ilə yanaşı rayonlarda da sürətli inkişaf mərhələsinin şahidi olduğunu qeyd etmişdir. Bölgənin füsunkar təbiəti və müasir infrastrukturu haqqında məlumatı olduğunu qeyd edən Aleksey Mulyarenko Rovno vilayəti ilə Qəbələ rayonu arasında olan qarşılıqlı münasibətlərin Azərbaycan və Ukrayna ölkələri üçün müsbət hal olduğunu qeyd etmişdir. Görüşdə  regionlararası əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində Aleksey Mulyarenko rayon icra hakimiyyətinin inzibati binasına baxış keçirmiş,   fəaliyyət göstərən sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər və turizm sektoru ilə yaxından tanış olmuşdur.

Foto qalereya

Keçidlər