Vətəndaşlara göstərilən xidməti daim yaxşılaşdırmaq əsas vəzifədir.
Qəbələ Regional ”Asan xidmət” mərkəzi rayonun idarə və müəssislərin rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və ictimaiyyətin nümayəndələri ilə görüş keçirmişdir. Tədbir iştirakçılarını bu ilin avqust ayının 23-dən rayonda fəaliyyət göstərən “Asan xidmət” mərkəzinin əhaliyə göstərdiyi xidmət sahələri, və iş prinsipləri ilə tanış etmək üçün təşkil olunan toplantını giriş sözü ilə Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov açmışdır. Daha sonra mərkəzin fəaliyyətindən söz açan Qəbələ Regional ”Asan xidmət” mərkəzinin rəhbəri Əbdül Əliyev bildirmişdir ki, Qəbələ Regional “Asan xidmət” mərkəzi 10 inzibati rayonda yaşayan təxminən bir milyona yaxın vətəndaşa xidmət edir. Qeyd olunmuşdur ki, Qəbələ Regional “Asan xidmət” mərkəzi fəaliyyətə başladığı qısa müddət ərzində vətəndaşların rəğbətini qazanmışdır. İlk dəfə Azərbaycanda fəaliyyətə başlamış “Asan xidmət” artıq dünyanın bir sıra ölkələrində maraqla qarşılanıb və bu təcrübə həmin ölkələrdə də yayılır. Bildirilmişdir ki, Qəbələ Regional “Asan xidmət” mərkəzində əhaliyə 230 növdə xidmət göstərilir, əməkdaşların əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətinə gündəlik nəzarət olunur. Toplantıda mərkəzin əməkdaşları Arzu Qocayev, Abbas Abdullayev iştirakçıları bu xidmətin sahələri və iş prinsipləri ilə tanış edərək qeyd etmişlər ki, mərkəzin iş prinsipinin əsasında şəffaflıq durur. Diqətə çatdırılmışdır ki, bu sahədə könüllülərin fəaliyyəti vətəndaşlar tərəfindən müsbət qarşılanır. Sonda yığıncaqda iştirak edən vətəndaşların suallarını mərkəz əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır. Tədbiri RİH başçısının birinci müavini Abil Ağasəfov yekunlaşdırmışdır.