Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Soltannuxa kəndində səyyar görüş-qəbul keçirilmişdir.

11 oktyabr 2016 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Soltannuxa kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir. Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrin rəhbərləri də iştirak etmişlər. Səyyar qəbulda icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev kənd sakinlərini salamlamış son illərdə Azərbaycanda, o cümlədən bütün bölgələrdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əsasında davam edən sürətli sosial-iqtisadi inkişafdan söz açmışdır. Qeyd olunmuşdur ki, ölkədə davam edən bu inkişafdan Qəbələ rayonu, onun qəsəbə və kəndləri də geridə qalmamışdır.  Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olmuşdur. Kənd sakinləri rayonda görülən abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qaygıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kəndin ümumi problemləri barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermiş, həlli istiqamətində təkliflər irəli sürmüşlər. RİH başçısı qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəbərlərinə zəruri tapşırıqlar vermişdir.

Keçidlər