Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nakomanlığa qarşı mübairzəyə həsr olunmuş tədbir keçirilmişdir.

24 oktyabr 2016 | 16:00

Oktyabr ayının 24-də Qəbələ Mədəniyyət Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəssinə və narkomanlığa qarşı mübarizəyə dair 2012-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirə rayonun təhsil, səhiyyə işçiləri və gənclər dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə RİH-nin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – RİH başçısının müavini Ətayə Osmanova açmışdır.  Toplantıda Respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Raqif Allahverdiyev mövzu ilə əlaqədar məruzə etmişdir. Sonra Respublika Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin müdir müavini Aydın Rəcəbli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şahin Hüseynov və başqaları narkomanlığa - bu dövrümüzün bəlasına qarşı mübarizə tədbirlərindən danışmışlar.
Tədbirdə mövzu ətrafında  iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilmiş, narkomanlıq bəlasına həsr olunmuş qısa metrajlı “Hədəf” filmi nümayiş etdirilmişdir.
Toplantını Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Şahin İsmayılov yekunlaşdırmışdır.

Keçidlər