Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kitab təqdimatı olmuşdur.

27 oktyabr 2016 | 16:00

Oktyabrın 27-də rayonun Nic qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun dəstəyilə Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, rusiyalı tarixçi alim Oleq Yuryeviç Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi” tarixi monoqrafiyasının təqdimatı keçirilmişdir. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və qəsəbə məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbirdən sonra rusiyalı qonaq qəsəbədəki "Çotari" udi-alban kilsəsinə gəlmiş, burada qəsəbə sakinləri ilə xatirə şəkili çəkdirmişdir.

Keçidlər