"Abidələrimiz keçmişimizin bələdçisidir" adlı tədbir keçirilmişdir
17 Aprel 2023 - cü il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq "Abidələrimiz keçmişimizin bələdçisidir" adlı tədbir keçirilmişdir. Muzeyin direktoru Bəxtiyar Vəliyev tədbiri giriş sözü ilə açaraq 1983- cü ildən başlayaraq bu əlamətdar günün qeyd edilməsini, hər il qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlərin , sərgilərin təşkil edildiyini vurğulamışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələr və dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə olan tarixi abidələrimizə göstərilən xüsusi, diqqət və qayğıdan danışmışdır. Sonda tarixi abidələrimiz haqqında video-çarx nümayiş olunmuşdur.