Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Abrıx kəndində səyyar qəbul keçirilmişdir

20 dekabr 2022 | 18:26

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu  20 dekabr  2022-ci il tarixdə Abrıx  kəndində keçirilmişdir. Rayonun  hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbul zamanı RİH-nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin sosial-iqtisadi inkişafından, həyata keçirilən layihələrdən, bu istiqamətdə rayonumuzda görülən və icrası nəzərdə tutulan işlərdən danışaraq kənd sakinlərinə ətraflı məlumat vermişdir. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlər isə hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nəzarətə götürülmüşdür. Abrıx kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər