Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ağdamın “Qarabağ” klubu yeddinci dəfə Azərbaycan kuboku yarışının qalibi olub

28 may 2022 | 11:56

27 may 2022-ci il tarixdə Qəbələ şəhər stadionunda keçirilən həlledici matçda Azərbaycan çempionu “Qarabağ”la ölkə çempionatının bürünc mükafatçı “Zirə” qarşılaşıb. Görüşün birinci hissəsi “Zirə”nin minimal üstünlüyü ilə yekunlaşsada – (1:0 ) ikinci hissəyə daha fəal başlayan Azərbaycan çempionu “Qarabağ” oyunun 69-cu dəqiqəsində istəyinə nail olub. Abdullah Zubir fərqlənməklə hesabı bərabərləşdirib – 1:1. Komandaların cəhdlərinə baxmayaraq görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb. Qalibin müəyyənləşməsi üçün təyin edilən əlavə vaxtda rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan kubokunun sahibi olub. Beləliklə, Ağdam təmsilçisi 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşib. Komandanın baş məşqçisi Qurban Qurbanov bu mükafatı ən çox qazanan (5 dəfə) baş məşqçi adına  yiyələnib.

Keçidlər