“Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda tədbir keçirilib
07 mart 2025 | 12:44
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda tədbir keçirilib. Rayon ictimaiyyətinin qadın nümayəndələri və olimpiyada qalibi olan qızların iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizdə ailə institutunun, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülməsində, milli ideallara sadiq gənc nəslin yetişdirilməsində qadınlarımızın fədakar rolundan danışmış, bayram münasibətilə iştirakçıları təbrik etmişlər.