"Ailə mediasiyası-uşaq və gənclərin mənəvi inkişafı" adlı tədbir keçirilmişdir
30 noyabr 2023 - cü il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin və Qəbələ Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə "Ailə mediasiyası- uşaq və gənclərin mənəvi inkişafı" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq mediasiya institutunun yaranması və inkişaf perspektivləri, qarşıya qoyulan məqsədlər, ailə mediasiyası, mediasiya məhkəmə - hüquq islahatları barədə məlumat vermişdir. Qəbələ Mediasiya Təşkilatının direktoru Ədalət Əliyev icraatında olan bir sıra problemlərin həlli istiqamətində atılan mühüm addımlardan, qarşılıqlı anlaşma və razılaşma əsasında həyata keçirilən tədbirlərdən söhbət açmış, cəmiyyətin sağlam həyat tərzi, möhkəm ailə təməlinin qoyulması, qorunub saxlanılmasından bəhs etmişdir. Digər çıxış edənlər gələcəkdə də mediasiya sahəsində cəmiyyətin, xüsusən də gənclərin maarifləndirilməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulamışlar.