Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ailənin sosial institut kimi müasir cəmiyyətdə rolu və əhəmiyyəti” adlı tədbir keçirilib

16 may 2022 | 16:38

16.05.2022-ci il tarixdə Qəbələ RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 may Beynəlxalq  Ailə Günü”nə həsr olunmuş “Ailənin sosial institut kimi müasir cəmiyyətdə rolu və əhəmiyyəti” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ UADM-nin nümayəndələri, rayon ümumtəhsil məktəblərinin müəllim və psixoloqları və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak edib. Çıxış edənlər Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət ailə siyasətinin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, ailədə milli-mənəvi  dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsindən, ailənin möhkəmləndirilməsindən ailədaxili münasibətlərin əhəmiyyətindən danışıblar. Tədbir qarşılıqlı müzakirə şəklində davam etdirilmiş və mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.

 

Keçidlər