Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2025 | 17:46

Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə görkəmli oftalmoloq Zərifə Əliyevanın büstü önünə gül dəstələri düzərək, akademikin xatirəsinə ehtiramlarını bildirmişlər. Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər görkəmli akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd etmiş, Zərifə xanımın Azərbaycan oftalmologiya elmini beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açmışlar. Xüsusilə vurgulanmışdır ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib. Sonda nümayiş edilən görkəmli akademikin həyat və fəaliyyətindən bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

Keçidlər