Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

28 aprel 2022 | 10:29

28 aprel 2022-ci il tarixdə Qəbələ rayon İcra Hakimiyyəti və YAP Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları Zərifə Əliyevanın xatirəsini əbədiləşdirmək məqsədilə salınmış parkda ucaldılmış büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. YAP Qəbələ Rayon Təşkilatında davam edən tədbirdə çıxış edənlər oftalmologiya elminə böyük töhfələr vermiş Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs etmiş, onun respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazandığını,alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildirmişlər. Sonda akademikin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Keçidlər