Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
28 aprel 2025 | 14:02
28 aprel 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Zərifə Əliyeva ömrünün işığı" adlı tədbir keçirilib. Tədbirdə dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı rolundan və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışılmış, böyük dövlət xadiminin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran Ulu Öndərin həyat yoldaşı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezidentimizin anası, peşəkar həkim olan Zərifə xanımın təkcə gözlərinə işıq verdiyi, nur bəxş etdiyi insanların deyil, bütün Azərbaycanın qəlbində, eləcə də tibb aləmində əbədi yaşayacağı vurğulanıb. Sonda akademiki həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.













