Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib

14 avqust 2026 | 12:25

Qəbələ rayonu təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə 2026-2027-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan təhsil strategiyasının ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini qeyd etmiş, hər il rayon üzrə ali məktəblərə qəbul olan məzunların sayının artmasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, tələbələrə gələcək təhsil həyatında uğurlar arzulamışdır. Çıxış edənlər ali məktəblərə daxil olan gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik edərək, onlara vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə etmiş, habelə ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı nəticəsində bu sahədə qazanılan nailiyyətlərin günbəgün artdığını vurgulamışlar. Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər. Sonda məzunlara hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.

Keçidlər