"Ana dilimizi qoruyaq" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar "Ana dilimizi qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dil siyasətində nailiyyətlər, dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında əvəzsiz xidmətlərindən bəhs edərək, ana dilimizin qorunması istiqamətində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırmışlar. Sonda şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar təqdim edilmiş və videoçarx nümayiş olunmuşdur.