“Anım Günü” ərəfəsində şəhid ailələri və qazilər rayon rəhbərliyi tərəfindən ziyarət edilib
26 sentyabr 2023 | 12:25
26 sentyabr 2023-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid ailələri və qazilərin evlərində ziyarət edilməsi davam etdirilmiş, onları narahat edən məsələlər öyrənilmişdir. Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.