“Anım günü” ərəfəsində şəhid ailələri və qazilərin evlərində ziyarəti davam etdirilir
23 sentyabr 2023 | 13:08
23 sentyabr 2023-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti rəhbərliyinin və idarə, müəssisələrin nümayəndələri tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində şəhid ailələri və qazilərin evlərində ziyarət edilməsi davam etdirilmiş, onları narahat edən məsələlər öyrənilmiş və həlli nəzarətə götürülmüşdür. Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.