Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Marianxeles Belluşi Qəbələ rayonuna səfər etmişdir

19 oktyabr 2023 | 10:34

18 oktyabr 2023-cü il tarixdə Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Marianxeles Belluşi Qəbələ rayonuna səfər etmişdir. RİH-nin inzibati binasında keçirilən görüş zamanı səfirə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abudllayev tərəfindən rayonun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.  Diqqətə çatdırılmışdır  ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Qeyd olunmuşdur ki, multikultiralizm və tolerantlıq nümunəsi olan Qəbələdə beynəlxalq və respublika əhəmiyyətli böyük tədbirlər keçirilir. Səfər çərçivəsində səfir xanım Marianxeles Belluşi və onun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ “Qida Şəhərciyi”, Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” (Bulun) alban kilsəsi, Qəbələ Dövlət Tarix Bədii qoruğu, “ASPİ Agro” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsi və turizm infrastrukturu ilə tanış olmuşdur.

Keçidlər