ASAN Könüllülər “Qəbələ İdman Paytaxtı - 2025” layihəsi çərcivəsində təmizlik aksiyası keçirmişdir.
28 noyabr 2025 | 16:14
27 noyabr 2025-ci il tarixdə “Qəbələ İdman Paytaxtı- 2025” layihəsi çərcivəsində Qəbələ regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun şimal hissəsində təmizlik aksiyası keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir. Ərazidən ümumilikdə 100 kiloqramdan artıq tullantı təmizlənmişdir.













