Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Azərbaycan Memarlığı: Tarix, İrs və Müasirlik” adlı tədbir keçirilib.

21 aprel 2026 | 17:03

21 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Memarlığı: Tarix, İrs və Müasirlik” adlı tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edənlər şəhərsalma və memarlığın cəmiyyətin inkişafındakı rolu, milli memarlıq irsimizin qorunması, müasir şəhər mühitinin formalaşdırılması, gənc nəslin milli memarlıq ənənələrinə sahib çıxmasının və bu sahədə peşəkar kadr kimi yetişməsinin vacibliyini qeyd etmişlər.  Sonda Azərbaycanın klassik memarlıq məktəblərini və müasir konstruksiyaları əks etdirən videoçarx nümayiş olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər