Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi ilə əlaqədar tədbir keçirilib

11 mart 2024 | 17:56

11 mart 2024-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Öncə Qızıl Aypara Cəmiyyətinin Qəbələ bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları və könüllülər şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.  Rayon Gigiyena və Epidemiologiya Mərkəzində davam edən tədbirdə könüllülərlə görüş keçirilmiş, cəmiyyətin yaranması və fəaliyyəti barədə məlumat verilmiş, könüllülərə hədiyyə və gül  təqdim edilmişdir.

Keçidlər