Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə əkin sahəsində seminar-müşavirə keçirmişdir

20 iyun 2022 | 16:11

Qarşıdan gələn dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövrünü nəzərə alaraq yanğın hadisələrinin baş verməməsi məqsədi ilə 20 iyun 2022-ci il tarixdə Qəbələ şəhər ərazisində yerləşən əkin sahəsində açıq hava şəraitində seminar-müşavirə keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov və şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyevin  iştirakı ilə keçirilən müşavirədə Qəbələ rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin, Aqrar İnkişaf Mərkəzinin,  Dövlət  Aqroservis ASC-nin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, eləcə də taxılçılıqla məşğul olan təsərrüfat sahibləri iştirak etmişlər. Seminar-müşavirədə yanğından mühafizə məqsədilə müzakirələr aparılmışdır.

Keçidlər