Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda kompleks mülki müdafiə təlimi keçirib

02 iyun 2023 | 17:21

"Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 31 may - 2 iyun 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Qəbələ rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Öncə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyularaq, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. Kompleks mülki müdafiə təlimi ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində keçirilən müşavirədə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şimal-Qərb Regionlarının icra hakimiyyətlərində fəaliyyət göstərən fövqəladə hallar üzrə komissiyaların sədrləri və Qəbələ rayonundan təlimlərə cəlb edilmiş təşkilatların əməkdaşları iştirak etmişdir. Müşavirəni giriş sözü ilə açan  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb. Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili və mülki müdafiə tədbirlərinini icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyindən, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin faydasından bəhs edib. Qəbələ rayonunda təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan N.Zamanov qeyd edib ki, mülki müdafiənin təmin edilməsi üzrə Nazirliklə yanaşı rayonun bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslərin üzərlərinə böyük məsuliyyət düşdüyündən təhlükə yaranan zaman birgə fəaliyyətin təşkilinə nail olunmalıdır. Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə qüvvələri ilə rayonun mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və rayonun həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirləri də reallaşdırılıb. Kompleks təlimə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Şimal-qərb Regional Mərkəzinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 354 nəfər şəxsi heyəti və 53 ədəd texnikası cəlb edilib.

Keçidlər